Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən Höccətül-İslam vəl-müslimin Ayətullah Üzma Cəfər Subhani, ABŞ Prezidenti Donald Trampın İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə qarşı təhdidlərinə cavab olaraq bəyanatı yayımlamışdır:
Bəyanatın mətni aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
Zalımları məhv edən Allahın adı ilə
Belə həssas və aydın şəraitdə İslam alimləri və dini rəhbərlərin dünyanın hər yerində vəzifəsi ondan ibarətdir ki, vahid bəyanatlarla küfrün İslam dünyasına qarşı bu cür təcavüzünü qınasınlar və hamılıqla bir səslə onun dayandırılmasını tələb etsinlər. Şübhəsiz ki, onların bu addımı təsirli olacaqdır.
Sonda qeyd edirəm ki, İran İslam Respublikasının dövlət quruluşuna və Ali Rəhbərin məqamına yönəlmiş istənilən təhqir qəti şəkildə pislənilir və bu, düşmənin acizliyinin və çıxılmaz vəziyyətinin açıq göstəricisidir.
İlahi, İslamı və müsəlmanları yardımınla qüvvətləndir.
Qum Cəfər Sübhani
19 iyun 2025
Rəyiniz